Sunday, 22 November 2015

Xaricdə Təhsil Təqaüdləri



Bu aralar gənclərin çoxu xaricdə təqaüd proqramları ilə maraqlanır. Və demək olar ki artıq 2016`cı il üçün əksər təqaüd proqramlarına start verilib.

O gənclərə az da olsa köməyim olsun deyə bəzi faydalı mənbələri blog post ilə paylaşmaq qərarına gəldim.

İlk öncə deyim ki, interneti əməllicə araşdırın. Bu istiqamətdə kifayət qədər yerli və xarici saytlar var. Bir az özünüzü əziyyətə salın J  Həmçinin sosial şəbəkələrdəki səhifə və qruplar da bu yöndə yardımçı olacaqdır. Universitetlərin “international office”, “admission office” email yazın,  xaricdə təhsil almış dost-tanışdan maraqlanın.
Deyək ki, proqramları tapdınız, müaciət prosesi, məktubların hazırlanması, CV, Motivation Letter və s. sənədlərdə çətinlik çəkirsiniz. Yenə də interneti araşdırın. Google “sample” lar ilə doludur. Bundan başqa yuxarıda sadalananlarla bağlı onlarla online kurslar var. Proqramların online session, webinar`larında iştirak edin.
Əlbəttə ümumilikdə təqaüd qazanmaq elə də asan deyil! Təsəvvür edin ki, dünyanın hər yerindən sizin müraciət etdiyiniz proqrama yüzlərlə bəlkə minlərlə insan müraciət edir. Bəli, asan deyil lakin mümkünsüz də deyil, mümkündür! Sadəcə çalışın və rəqabət şəraitində olduğunuzu da unutmayın!

İndi isə bəzi mənbələri Sizinlə paylaşıram. Bildikləriniz varsa Siz də mənimlə (post a comment) paylaşa bilərsiniz.

Hər kəsə uğurlar!

Sunday, 15 November 2015

"Gələcəyi Boya" rəsm festivalı

Gənclər Fondunun VI qrant müsabiqəsinin qalibi olmaqla Gələcəyi Boya adlı layihəmin həyata keçirilməsinə nail olmuşdum. Sözügedən layihə Bakı şəhəri daha dəqiq Xəzər və Suraxanı rayon ərazilərindəki uşaq evləri və internat məktəbləri sakinləri üçün idi. Uşaqların rəsmə olan maraqlarını daha da həvəsləndirmək, onlarla birgə vaxt keçirmək, asudə vaxtlarının əyləncəli və səmərəli təşkilinə hədəflənmiş layihə həmçinin cəmiyyətə də sosial mesaj verirdi: Əslində bu kimi qayğıya ehtiyacı olan balalarla fərdi şəkildə maraqlanmalı, təşəbbüslərlə çıxış etməli və onların da bizdən biri olduqlarını onlara qucaq açmaqla isbat etməliyik.

Layihəni qənaətbəxş hesab etmək olardı. Nəzərə alsaq ki bu mənim bu cür sosial layihələrdə ilk təcrübəm idi. Ümid edirəm davamlı olacaq. Çünki bu layihədən sonra özümdə uşaqlarla işləmək bacarığını, marağını kəşf etmiş oldum.

Layihə mediada: