Bu aralar gənclərin
çoxu xaricdə təqaüd proqramları ilə maraqlanır. Və demək olar ki artıq 2016`cı
il üçün əksər təqaüd proqramlarına start verilib.
O gənclərə az
da olsa köməyim olsun deyə bəzi faydalı mənbələri blog post ilə paylaşmaq qərarına
gəldim.
İlk öncə
deyim ki, interneti əməllicə araşdırın. Bu istiqamətdə kifayət qədər yerli və
xarici saytlar var. Bir az özünüzü əziyyətə salın J Həmçinin
sosial şəbəkələrdəki səhifə və qruplar da bu yöndə yardımçı olacaqdır.
Universitetlərin “international office”, “admission office” email yazın, xaricdə təhsil almış dost-tanışdan maraqlanın.
Deyək ki,
proqramları tapdınız, müaciət prosesi, məktubların hazırlanması, CV, Motivation Letter və s. sənədlərdə çətinlik çəkirsiniz. Yenə də interneti araşdırın.
Google “sample” lar ilə doludur. Bundan başqa yuxarıda sadalananlarla bağlı
onlarla online kurslar var. Proqramların online session, webinar`larında
iştirak edin.
Əlbəttə ümumilikdə təqaüd qazanmaq elə də asan
deyil! Təsəvvür edin ki, dünyanın hər yerindən sizin müraciət etdiyiniz
proqrama yüzlərlə bəlkə minlərlə insan müraciət edir. Bəli, asan deyil lakin
mümkünsüz də deyil, mümkündür! Sadəcə çalışın və rəqabət şəraitində olduğunuzu
da unutmayın!
İndi isə bəzi
mənbələri Sizinlə paylaşıram. Bildikləriniz varsa Siz də mənimlə (post a comment)
paylaşa bilərsiniz.
Hər kəsə
uğurlar!
No comments:
Post a Comment