Tuesday, 18 August 2015

Böyük Britaniya təhsil sistemi haqında ümumi məlumat


Böyük Britaniya təhsil sitemi (Şotlandiya istisna olmaqla) 5 istiqamət üzrə formalaşıb:

1. nursery education
2. primary education
3. secondary education
4. further education
5. higher education

İlk Britaniya məktəbləri monarx məktəbləri hesab olunur (VI əsr).  Status baxımından Böyük Britaniyada özəl (public schools) və dövlət (state schools) olmaqla ikiyə ayrılan 12 illik məktəblər eyni zamanda day school və boarding school olmaqla da seçilirlər. 


Məktəb təhsili üzrə yaş ortalaması  4-18 yaş hesab olunur. Bunun da 5-16 yaş arası müddəti məcburi təhsil dövrünə aiddir. Britaniya məktəbləri şagirdlərə bilik verməklə yanaşı  uşaqların lider kimi formalaşmasında böyük rol oynayır. Həmçinin elmi fənnlərlə birlikdə tədris olunan idman, incəsənət, rəsm, musiqi, drama və s kimi fənnlər də uşaqların dünyagörüşünün formalaşması, digər bacarıqlarının ortaya çıxmasında yardımçı olur.

1.
 Nursery Education
 3-4 yaş
Kindergarten. Senior Kindergarten.
2.
 Primary Education
 5-11 yaş
Junior schools.
3.
 Secondary Education
 11-16 yaş
Schools, (compulsory education).
4.
 Further Education
 16-18 yaş
AS level, A level, Vocational qualification.
5.
 Higher Education
 18-21+ yaş
Undergraduate, Postgraduate, Doctorate.



İngilislər konservativ olduğundan adət-ənənlərə müəyyən mənada bağlıdırlar. Məktəblə balı maraqlı məqamlardan biri də odur ki, əgər baba və ya nənə hər hansı bir yaxşı məktəbdə oxuyubsa bu o deməkdir ki, övladlar və nəvələr də həmin məktəbdə təhsil almalıdırlar.

Böyük Britaniya məktəb təhsili güclü hesab olunur. Məktəblərin reytingini müəyyən edən göstəricilərdən biri də  A -level və GCSE imtahan nəticələrinə görə məzun sayıdır.

Bəzi anlayışlar:

A-Level nədir?  16-18 yaş arası dövrü əhatə edən proqram,  Britaniyada universitetin bakalavr pilləsinə daxil olmaq üçün tələb olunan imtahan formasıdır. Başqa cür buna "Six Form" da deyilir.  2 il müddətində tədris olunan A-Level Britaniya kirikulum sisteminə əsaslanır. 

İB program nədir? (İnternational Baccalaureate) A-Levelin alternativi hesab olunan bu program  Avropa kirikulum sisteminə əsaslanmaqla Avropa universitetlərində bakalavr təhsili almaq üçün imtahandır.


GCSE nədir? (General Certificate of Secondary Education) 14-16 yaş dövrünü əhatə edən proqram secondary education dövrünü başa vurmaq və orta təhsilin tamamlanması üçün tələb olunan imtahandır. Bu imtahan sonra ali təhsil almaq istəyən şagirdlər  A-Level və ya İB proqramlarına müraciət edirlər.


Böyük Britaniyada ali təhsil 3 illik bakalavr dərəcəsi ilə başlayır. (Şotlandiyada 4 il) Daha sonra 1 illik master dərəcəsi ilə davam edir. PhD isə ən az 3 il təhsil deməkdir.  

XII əsr Oxford və Cambridge universitetlərin yaranması ilə başlayan universitet təhsili Britaniyada sənaye inqilabından sonra digər universitetlərin yaranması ilə daha da geniş vüsət aldı. Güclü akademik kadrosu, kitabxana və laboratroiayaları, dünyaca məşhur məzunları ilə fərqlənən Britaniya universitetləri Amerika universitetlərinin əksinə olaraq daha ixtisaslaşmış və müəyyən mənada dar çərcivəli təhsil verməkdədir. 

Böyük Britaniya universitetlərində təqaüdlə maraqlananlara isə onu demək olar ki ümumilikdə barmaqla sayılacaq qədər təqaüd proqramları var və təqaüdlərdə o qədər də maraqlı deyillər.


Xarici tələbələr bakalavr dərəcəsi üzrə Britaniya universiettlərinə müraciəti UCAS sistemi üzərindən edirlər. Master üçün isə birbaşa universitetlərin Admission Office ilə əlaqə saxlamalıdırlar.

Böyük Britaniya dünyada xarici tələbələrin ali təhsil aldığı ən öncül ölkələr sırasındadır.

Statistikaya nəzər yetirək:


İxtisas seçimi üzrə xarici tələbə statistikası:



Business and administration
31%
Engineering and technology
30%
Social sciences
15%
Computer sciences
23%
Languages
16%
Medicine
7%
Art and Design
12%
Law
20%
Math
17%
Education
6%

Universitet seçimi üzrə xarici tələbə statistikası:



London School of Economics and Political Science
68%
İmperial College of London
38%
University College of London
34%
University of Bedforshire
30%
University of Warwick
25%
University of Oxford
25%
City University London
25%
University of Nothingam
24%
University of Cambridge
24%
University of Manchester
23%


Eyni zamanda "2007-2015`ci illər Dövlət Proqramı"na görə də 2007-2014`cü illər ərzində DP çərcivəsində  ən çox təhsil alınan ölkə də Birləşmiş Krallıqdır. (902 tələbə).


Böyük Britaniyada təhsil almaq istəyənlər üçün digər maraqlı məqam Tələbə Vizaları ilə bağlıdır.

Aşağıdakı məlumatda vizalar qısa şəkildə ifadə olunmuşdur:


Tier 4 (Child) Student Visa
4-17 yaş arası uşaqlar Böyük Britaniyada özəl məktəbdə təhsil almaq üçün bu viza növünə müraciət edə bilər.
Tier 4 (General) Student Visa
16+ yaş qrupuna daxil olanlar və BB`da təhsil üçün əsasları olanlar bu vizaya müraciət edə bilər.
Short term Student Visa
18+ yaş qrupuna daxil olanlar və 6 aydan artıq BB`də təhsil almaq istəyənlər (dil kursu və s.) üçündür.
Short term Student Child Visa
17 yaşa qədər və 6 aydan yuxarı BB`də təhsil almaq üçün bu vizaya müraciət edilməlidir.


Ümumilikdə tələbənin İngiltərədə işləmək hüququ olmasa da bəzi tələbə vizaları təhsil müddətində işləməyə icazə verir. (məs: Tier 4 (General) Student Visa)

Bəzi faydalı linklər:

International Education Financial Aid website
I-Student Adviser website – international interactive education guides 
National Union of Students: advice on living in the U.K. 


Hələlik bu qədər.
Əlavə sual yaranarsa buyurun...


Günel Abdullayeva


No comments:

Post a Comment