Sunday, 22 November 2015

Xaricdə Təhsil Təqaüdləri



Bu aralar gənclərin çoxu xaricdə təqaüd proqramları ilə maraqlanır. Və demək olar ki artıq 2016`cı il üçün əksər təqaüd proqramlarına start verilib.

O gənclərə az da olsa köməyim olsun deyə bəzi faydalı mənbələri blog post ilə paylaşmaq qərarına gəldim.

İlk öncə deyim ki, interneti əməllicə araşdırın. Bu istiqamətdə kifayət qədər yerli və xarici saytlar var. Bir az özünüzü əziyyətə salın J  Həmçinin sosial şəbəkələrdəki səhifə və qruplar da bu yöndə yardımçı olacaqdır. Universitetlərin “international office”, “admission office” email yazın,  xaricdə təhsil almış dost-tanışdan maraqlanın.
Deyək ki, proqramları tapdınız, müaciət prosesi, məktubların hazırlanması, CV, Motivation Letter və s. sənədlərdə çətinlik çəkirsiniz. Yenə də interneti araşdırın. Google “sample” lar ilə doludur. Bundan başqa yuxarıda sadalananlarla bağlı onlarla online kurslar var. Proqramların online session, webinar`larında iştirak edin.
Əlbəttə ümumilikdə təqaüd qazanmaq elə də asan deyil! Təsəvvür edin ki, dünyanın hər yerindən sizin müraciət etdiyiniz proqrama yüzlərlə bəlkə minlərlə insan müraciət edir. Bəli, asan deyil lakin mümkünsüz də deyil, mümkündür! Sadəcə çalışın və rəqabət şəraitində olduğunuzu da unutmayın!

İndi isə bəzi mənbələri Sizinlə paylaşıram. Bildikləriniz varsa Siz də mənimlə (post a comment) paylaşa bilərsiniz.

Hər kəsə uğurlar!

Sunday, 15 November 2015

"Gələcəyi Boya" rəsm festivalı

Gənclər Fondunun VI qrant müsabiqəsinin qalibi olmaqla Gələcəyi Boya adlı layihəmin həyata keçirilməsinə nail olmuşdum. Sözügedən layihə Bakı şəhəri daha dəqiq Xəzər və Suraxanı rayon ərazilərindəki uşaq evləri və internat məktəbləri sakinləri üçün idi. Uşaqların rəsmə olan maraqlarını daha da həvəsləndirmək, onlarla birgə vaxt keçirmək, asudə vaxtlarının əyləncəli və səmərəli təşkilinə hədəflənmiş layihə həmçinin cəmiyyətə də sosial mesaj verirdi: Əslində bu kimi qayğıya ehtiyacı olan balalarla fərdi şəkildə maraqlanmalı, təşəbbüslərlə çıxış etməli və onların da bizdən biri olduqlarını onlara qucaq açmaqla isbat etməliyik.

Layihəni qənaətbəxş hesab etmək olardı. Nəzərə alsaq ki bu mənim bu cür sosial layihələrdə ilk təcrübəm idi. Ümid edirəm davamlı olacaq. Çünki bu layihədən sonra özümdə uşaqlarla işləmək bacarığını, marağını kəşf etmiş oldum.

Layihə mediada:











Friday, 21 August 2015

Peşə məktəblərinin bugünki vəziyyəti – Mövqe

Mənbə

Təhsil Nazirliyinin rəsmi internet səhifəsinə  istinadən Respublikada ümumilikdə Bakı şəhəri üzrə 27, bölgələr üzrə isə 72  peşə məktəbləri və peşə liseyləri fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin 2014-cü ilə olan ilk peşə-ixtisas təhsil müəssisələri üzrə olan hesabatına görə isə rəqəmlər bu cürdür:

İlk peşə ixtisas təhsil müəssisələrinin sayı
112
İlk peşə ixtisas təhsil müəssisələrində şagird sayı
29.234 nəfər
İlk peşə ixtisas təhsil müəssisələrinə qəbul
16.066 nəfər
İlk peşə ixtisas təhsil müəssisələrindən məzun
16.708 nəfər

Bu kimi təhsil müəssisələri daha çox Tekniki avadanlıqlarla iş, Mühəndislik, Maşınqayırma, Nəqliyyat, Elektronika, İKT, Mühasibatlıq,Təsərrüfat işləri,  Aşbazlıq və Turizmçilik sahələr üzrə ixtiasaslaşmışdır.

İlk peşə-ixtisas təhsili bizim üçün nə dərəcədə vacibdir və biz bunun vacibliyini anlayırıqmı?
Gəlin ilk öncə bəzi hüquqi sənədlərə nəzər yetirək. “Təshil haqqında” qanunda göstərilir ki, cəmiyyətin tələblərinə uyğun ilk peşə və orta ixtias təhsil standartları və kirikulumu işlənib hazırlanmalıdır. Bundan əlavə əmək bazarı tələblərinə uyğun peşə məktəbləri kadr və mütəxəssis hazırlığını təmin etməlidir. Eyni zamanda “Azərbaycan 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da göstərilir ki, bölgələrin inkişafı və mütəxəssislərə olan tələbatı nəzərə alaraq regionlarda çoxprofilli kolleclər, təhsilin keyfiyyətinin artırılması üçün ilk peşə və orta ixtisas pillələri üzrə təhsil kompleksləri yaradılmalıdır.  

Tuesday, 18 August 2015

Böyük Britaniya təhsil sistemi haqında ümumi məlumat


Böyük Britaniya təhsil sitemi (Şotlandiya istisna olmaqla) 5 istiqamət üzrə formalaşıb:

1. nursery education
2. primary education
3. secondary education
4. further education
5. higher education

İlk Britaniya məktəbləri monarx məktəbləri hesab olunur (VI əsr).  Status baxımından Böyük Britaniyada özəl (public schools) və dövlət (state schools) olmaqla ikiyə ayrılan 12 illik məktəblər eyni zamanda day school və boarding school olmaqla da seçilirlər. 


Məktəb təhsili üzrə yaş ortalaması  4-18 yaş hesab olunur. Bunun da 5-16 yaş arası müddəti məcburi təhsil dövrünə aiddir. Britaniya məktəbləri şagirdlərə bilik verməklə yanaşı  uşaqların lider kimi formalaşmasında böyük rol oynayır. Həmçinin elmi fənnlərlə birlikdə tədris olunan idman, incəsənət, rəsm, musiqi, drama və s kimi fənnlər də uşaqların dünyagörüşünün formalaşması, digər bacarıqlarının ortaya çıxmasında yardımçı olur.

1.
 Nursery Education
 3-4 yaş
Kindergarten. Senior Kindergarten.
2.
 Primary Education
 5-11 yaş
Junior schools.
3.
 Secondary Education
 11-16 yaş
Schools, (compulsory education).
4.
 Further Education
 16-18 yaş
AS level, A level, Vocational qualification.
5.
 Higher Education
 18-21+ yaş
Undergraduate, Postgraduate, Doctorate.

Regionlarda universitetlərin artırılmasının vacibliyi – Mövqe

Mənbə

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bir neçə gün bundan öncə vermiş olduğu Sərəncama əsasən dövlət universitetləri sırasına Mingəçevir Dövlət Universiteti də qatılacaq.
Belə ki, sözügedən universitet Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılır.

Təhsil mərkəzləri: yaxşını pisdən necə ayıraq? - Mövqe

Mənbə

Ölkədə xaricdə təhsilə maraq hər il xarici ölkələrə təhsil üçün müraciət edənlərin sayından acıq-aydın görünməkdədir.
Bu marağın mövcudluğunu göstərən digər göstəricilərdən biri də Bakıdakı təhsil mərkəzlərinin sayıdır. 

Xaricdə təhsilin gizli məqamları - Köşə



Dövrümüzdə  xaricdə təhsil almaq daha aktualdır və gəncliyimiz üçün bu istiqamətdə hərtərəfli imkanlar da yaradılmaqdadır. Ölkədə təshilin səviyyəsi – bu başqa mövzunun predmetidir lakin 10 il öncə ilə müqayisədə hazırda cəmiyyətdə yüksək təhsilə olan həssaslıq sevindirici haldır.